Digər ölkənin vətəndaşlığını qəbul edən azərbaycanlılar BU CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD EDİLDİ

Digər ölkənin vətəndaşlığını qəbul edən azərbaycanlılar BU CİNAYƏT MƏSULİYYƏTİNDƏN AZAD EDİLDİ
SOSİAL

20 may 2020, 11:55

Mətn ölçüsü

Digər ölkənin vətəndaşlığını qəbul edən azərbaycanlılarla bağlı yeni qanun qəbul edilib. 

News24.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov onlayn konfrans zamanı deyib.

V.Hüseynov bildirib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə parlamentə təqdim olunan qanun layihəsi 3-cü oxunuşda qəbul edilib: “Bildiyiniz kimi mövcud qanuna görə, Azərbaycan vətəndaşı digər ölkənin vətəndaşlığını qəbul edirsə, o zaman bu barədə Dövlət Miqrasiya Xidmətinə və ya xaricdə fəaliyyət göstərən səfirliyimizə məlumat verməlidir. Bunu 1 ay müddətində etməyəcəyi təqdirdə cinayət məsluliyyəti nəzərdə tutulurdu. Yeni qanun layihəsinə əsasən isə bu məsuliyyət aradan qaldırılır. Bununla bağlı Dövlət Miqrasiya tərəfindən qanun qəbul edildikdən sonra məlumat veriləcək”. 

Teymur Məmmədov