Sabah 36 dərəcə İSTİ OLACAQ
    • 21-05-2020, 13:00
    • 610

Sabah 36 dərəcə İSTİ OLACAQ

22 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinndən News24.az-a verilən məlumata görə, mayın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz  24-28, Bakıda  gecə 16-18, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.   

Mayın 22-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə  15-20, gündüz  31-36, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.

Mayın 22-də Abşeron yarımadasında temperaturun iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.