Sumqayıt məişət tullantıları poliqonunun rəhbəri 4500 manat CƏRİMƏ OLUNDU
    • 21-05-2020, 17:24
    • 429

Sumqayıt məişət tullantıları poliqonunun rəhbəri 4500 manat CƏRİMƏ OLUNDU

"Sumqayıt məişət poliqonunda yanğın olması vətəndaşların haqlı narazılığına səbəb olub. Biz bununla bağlı araşdırmalar apardıq".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Dövlət Ekoloji Təhlükısizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bununla bağlı müəssisənin direktoru 4500 məbləğində cərimə olunub. Məşiət poliqonlarının olmaması, belə problemlərin olmasına səbəb olub. 

Afaq Mirayiq