Koronavirusu aşkarlayan 10 yeni laboratoriya QURULACAQ
    • 22-05-2020, 17:34
    • 771

Koronavirusu aşkarlayan 10 yeni laboratoriya QURULACAQ

“Hökumət tərəfindən 10 yeni avtomatlaşdırılmış laboratoriyanın qurulması barədə qərar verilib”.

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yaxın günlərdə bu laboratoriyaların qurulmasına başlanacaq: “Ölkəmizdə hazırda 1 milyon nəfərə 25 minə qədər test düşür”.

Yeni labaratoriyalar test aparmaq imkanlarını artıracaq.