USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 24°C
  • ŞUŞA 18°C
  • GƏNCƏ 32°C
  • LƏNKƏRAN 31°C
  • ŞƏKİ 28°C
  • QUBA 21°C
  • NAXÇIVAN 27°C

"Bayramda qohumlar, yaxınlar ziyarət edilməməlidir" TƏBİB XƏBƏRDARLIQ EDİR

SOSİAL

Mətn ölçüsü

"Qarşıdan Ramazan bayramı gəlir. Vətəndaşlara müraciət edərək deyirik ki, bayram günləri qaydalara əməl etsələr, bayramdan sonra daha nikbin nəticələr görərik”.

News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, bu qaydalardan yalnız birinə əməl etməklə təhlükə aradan qalxmır: “Tibbi maska taxılmalı, 1,5 metr məsafə gözlənilməli, gigiyenik qaydalara əməl edilməlidir. Pandemiyadan əvvəlki dövrə daha tez qayıtmaq üçün qaydalara əməl edilməlidir. Əvvəlki bayramlarda olduğu kimi bu bayramda qohumlara, böyükləri ziyarətə gedilməməlidir. Yoluxma arzuolunmaz hala gedərsə, sərt karantin rejiminə geri dönməli olacağıq. Biz bunu istəmirik. Artıq bəzi ölkələr sərt karantin rejiminə geri dönüb. Bayramda qohumlar, yaxınlar ziyarət edilməməlidir, hamı evdə olmalıdır”. 

Xəbəri paylaş: