Hazırda vətəndaşların çarter reysləri ilə ölkəyə gətirilməsi ödənişlidir - İbrahim Məmmədov
    • 22-05-2020, 18:09
    • 631

Hazırda vətəndaşların çarter reysləri ilə ölkəyə gətirilməsi ödənişlidir - İbrahim Məmmədov

“İlkin mərhələdən fərqli olaraq, hazırda insanların çarter reysləri ilə ölkəyə gətirilməsi ödənişli həyata keçirilir”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, dövlətin sonsuza qədər bu prosesi pulsuz həyata keçirməsi mümkün deyil.