Heydər Əliyev Fondu vətənin dəyərli insanlarıyla BAYRAMLAŞDI - VİDEO

Heydər Əliyev Fondu vətənin dəyərli insanlarıyla BAYRAMLAŞDI - VİDEO
SOSİAL

23 may 2020, 20:11

Mətn ölçüsü

Bütün islam dünyasının ən əziz ayı - on bir ayın sultanı sayılan Ramazan ayı insanları mənəvi kamilliyə, nəfs üzərində qələbə çalmağa dəvət edən aydır.

News24.az
xəbər verir ki, bu əziz ayda hər mömin bəndə müqəddəs dinimizdən irəli gələn ritualları icra edir, insan şüurunun, zəka və düşüncəsinin bütün istəklərin, bütün arzuların fövqündə durduğunu sübut edir, yüksək iradə və əzmlə bəşər övladının bütün sınaqlardan üzüağ çıxa biləcəyini bariz şəkildə göstərir. Builki müqəddəs orucluq ayı həm də pandemiya ilə mübarizə dövrünə təsadüf etdi.

Heydər Əliyev Fondu bu il də həmişə olduğu kimi sıravi vətəndaşın yanında oldu, əlindən tutdu, adi insana dayaq, dəstək verdi. Diqqətə və qayğıya ehtiyacı olan hər sıra nəfərimiz özünü köməksiz hiss etməsin deyə fondun əməkdaşları məmləkəti el-el, oba-oba gəzdilər, vətənin dəyərli insanlarıyla bayramlaşdılar.

Təsir hər zaman əks təsir yaradır - bu postulat bir daha təsdiq olundu. Belə ki, insanlar da dövlətin bu qayğısına öz sevgilərilə cavab verdilər. Ayrı-ayrı adamlar öz əl işlərini, dəyər verdikləri hədiyyələri ölkənin birinci vitse-prezidentiinə göndərdilər.

Bayramın ən gözəl tərəfi də məhz budur - qarşılıqlı sevgi və etimad məqamıdır. Bayram birlikdir. Birlik - gözəl münasibətdir, dostluqdur, sevgidir. Bayram günlərində dövlətin və vətəndaşın qarşılıqlı sevgisini, hörmət və ehtiramını görmək gözəl hissdir, nümunədir, örnəkdir. Fondun bu xeyirxah təşəbbüsü sayəsində bayram ərəfəsində qapısı döyülən hər vətən oğlu bu hissi, bu iftixarı yaşamış oldu. Orucluğun sınağından könül xoşluğu və fərəhlə çıxanlar həyatın bütün çətinliklərini mətanətlə adlayacaq, pis gündə də, yaxşı gündə də bir-birinə həyan, dost olacaqlar.

Allah uca millətimizi qorusun! Orucunuz qəbul olunsun! Bayram dualarınız çin olsun!

YouTube