Diqqət! Bakıda işıqlar sönəcək!
    • 28-09-2018, 12:07
    • 1 415

Diqqət! Bakıda işıqlar sönəcək!

Bakının bəzi yerlərinə elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılacaq.

 “Azərişıq” ASC-dən verilən məlumata görə, 28.09.2018-ci il tarixində saat 12.00-dan 14.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhərinin 25,26,28-ci məhəllələri, Quşçuluq Massivi , AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaqdır.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.