Azərbaycanda 4271 nəfər koronavirusa YOLUXUB
    • 25-05-2020, 16:12
    • 397

Azərbaycanda 4271 nəfər koronavirusa YOLUXUB

Hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib.

1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.