Azərbaycanda koronavirusla bağlı 273 411 test aparılıb
    • 25-05-2020, 17:09
    • 447

Azərbaycanda koronavirusla bağlı 273 411 test aparılıb

Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 273 411 test aparılıb.

News24.az xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 4271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.