Onur Tuna sevənlərinə ŞAD XƏBƏR: RUHİ ƏLİYEVA AKTYORU YENƏ BAKIYA GƏTİRƏCƏK - VİDEO

Onur Tuna sevənlərinə ŞAD XƏBƏR: RUHİ ƏLİYEVA AKTYORU YENƏ BAKIYA GƏTİRƏCƏK  - VİDEO
SOSİAL / ŞOU-BİZNES

26 may 2020, 12:52

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, Türkiyənin sevilən və tanınmış aktyoru Onur Tuna İstanbulda təhsil alan azərbaycanlı tələbələrə yardım əlini uzadıb. O, iş xanımı Ruhi Əliyevanın təşəbbüsünə qoşularaq tələbələrə maddi və mənəvi dəstəyini nümayış etdirib. Tələbələr həm kirayə ev, həm də gündəlik ərzaqla təmin olunublar. 

News24.az xəbər verir ki, Ruhi Əliyeva şəxsi "İnstagram" canlısında aktyora təşəkkürünü bildirib: "Əslində, bu işlər məhz sizin dəstəyiniz və çağırışınız nəticəsində ərsəyə gəldi. Dünyada təhsil alıb özünü inkişaf etdirmək istəyən gənclərə əlimizdən gəldiyi qədər yardım etməyə çalışırıq,  bundan sonra da edəcəyik. Güman edirəm ki, bundan sonra da uğurlu və savadlı tələbələrin sayı artacaq. İki qardaş ölkənin belə xeyriyyə işi üçün bir araya gəlməsi sevindirici haldır. Oxuyan və istedadlı tələbələrə ehtiyacımız var". 

Canlı yayımda Ruhi Əliyeva karantin bitdikdən və sərhədlər açıldıqdan sonra yenidən Azərbaycana dəvət edib. Daha sonra azərbaycanlı iş xanımı türkiyəli aktyorun mükəmməl yetişdirən valideynlərinə təşəkkür edib. Onur Tuna isə ailəsini çox sevdiyini deyib: "Ailəmi çox sevən və onlara bağlı insanam. Nə yaxşı ki, mən məhz onların oğluyam".

Aktyor Ruhi Əliyevanın rəhbərliyi ilə çəkilən "Ağır romantik" filmindən də danışıb: "Ekran işində çox maraqlı və fərqli obraz canlandırdım. Görənlər həyatda da məni mafiyaçı biri olduğumu düşünür, amma elə deyil (gülür)". 

Sevda Bayramova

YouTube