“Son dövrlər tez-tez dolu düşməsi, narahat olmağa əsas verir” – UMAYRA TAĞIYEVA

“Son dövrlər tez-tez dolu düşməsi, narahat olmağa əsas verir” – UMAYRA TAĞIYEVA
SOSİAL

26 may 2020, 13:18

Mətn ölçüsü

"Bu il aprel ayından başlayaraq ölkəmizin ərazisində artıq 8 dolu hadisəsi müşahidə olunub".

News24.az xəbər verir ki, bunu ETSN-nin Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda dolu hadisələri üzrə statistikaya baxılsa, görünər ki, əgər 2000 – 2010-cu illər üzrə 2-dən 14-ə qədər dolu hadisəsi qeydə alınmışdırsa, sonuncu on illikdə diapazon əhəmiyyətli dərəcədə dəyişilib: “Dolu ilə bağlı hadisələrdə ümumi sayın artımı fonunda illərarası paylaşmasında nəzərəçarpacaq dəyişkənlik müşahidə olunur. Misal üçün, əgər 2012-ci ildə 77 hadisə olmuşdusa, 2013-cü ildə 24 hadisə, 2014-cü ildə 93 hadisə, növbəti ildə isə 52 sayda belə hadisə qeydə alınıb. 2016-cı ildə iki dəfə az, lakin 2018-ci ildə dolu hadisələri kəskin artaraq 83-ə çatıb. Keçən il 54 dəfə dolu vurub.
Havanın ayrı-ayrı hadisələrini, onların intensivliyini və təkrarlığını təhlil edərkən bir daha əmin oluruq ki, təhlükəli və əlverişsiz hava hadisələrinin tez-tez baş verməsinə görə dünya iqlimşünaslarının narahatlığına faktiki əsas vardır”.

Afaq Mirayiq