Çimərliklərdə sanitar məişət otaqlarının dezinfeksiya tezliyi ARTIRILMALIDIR

Çimərliklərdə sanitar məişət otaqlarının dezinfeksiya tezliyi ARTIRILMALIDIR
SOSİAL

26 may 2020, 14:49

Mətn ölçüsü

Çimərliklərdə sanitar məişət otaqlarının dezinfeksiya tezliyi artırılmalıdır

Çimərliklərdə və su istirahət mərkəzlərində sanitar məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanması, dezinfeksiyanın tezliyi artırılmalıdır.

News24.az-ın məlumatına görə, bu barədə Çimərliklərdə və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərdə bildirilib.

Qeyd edilib ki, hovuzlarda suyun tərkibindəki dezinfeksiyaedici vasitələrin konsentrasiyası beynəlxalq norma və standartlara uyğun olaraq tövsiyə olunan yuxarı hədlərdə saxlanmalıdır.

Eyni zamanda bildirib ki, vətəndaşların təmasda olduğu əşya və səthlərin mütəmadi dezinfeksiya edilməlidir.

Təmizlik vasitələri və dezinfeksiyaedici maddələr fasiləsiz təmin edilməli, hovuz və akvaparkların ərazilərinin əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlər ilə təmin edilməlidir.