Bu yollarda diqqətli olun - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
    • 27-05-2020, 12:32
    • 550

Bu yollarda diqqətli olun - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili məqsədi ilə Ziya Bünyadov prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri davam etdirilir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.