Restoranın qarşısında qoyulmuş masalar GÖTÜRÜLDÜ - FOTO
    • 27-05-2020, 14:25
    • 553

Restoranın qarşısında qoyulmuş masalar GÖTÜRÜLDÜ - FOTO

Sosial şəbəkərlərdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb.

News24.az-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti Mais Ağayev bu barədə məlumat yayıb.

O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar yayılmışdı.