Daha 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirildi -FOTO
    • 27-05-2020, 20:07
    • 650

Daha 175 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirildi -FOTO

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər  Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Bu barədə News24.az -a AZAL-dan bildirilib. Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri  AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.