429 beynəlxalq müşahidəçi - AKKREDİTASİYADAN KEÇDİ

429 beynəlxalq müşahidəçi - AKKREDİTASİYADAN KEÇDİ Sosial
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 429 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

News24.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.