Bakıda fleşmobun təşkilatçısına cinayət işi açılıb ❗ - FOTOLAR

Bakıda fleşmobun təşkilatçısına cinayət işi açılıb ❗ - FOTOLAR
SOSİAL

30 may 2020, 20:18

Mətn ölçüsü

Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fleşmob keçirilməsinə cəhd edilib.

News24.az xəbər verir ki, aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.