Qusarda hasar uşaqların üstünə aşıb, bir uşaq ölüb, İKİSİ XƏSARƏT ALIB

Qusarda hasar uşaqların üstünə aşıb, bir uşaq ölüb, İKİSİ XƏSARƏT ALIB
SOSİAL

31 may 2020, 12:04

Mətn ölçüsü

Qusarda bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Cibir kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Arif Əlisultanov, 2010-cu il təvəllüdlü Ramal Şeydayev və 2014-cü il təvəllüdlü Gülay Şeydayeva həyətdə oynayarkən mişar daşı ilə hörülmüş hasar və hasarın tərkib hissəsi olan daş tumbalar, dəmir qapı uşaqların üstünə aşıb.

Hadisə nəticəsində A.Əlisultanov açıq kəllə-beyin travması alaraq hadisə yerində ölüb, digər uşaqlar isə müxtəlif dərəcəli xəsrətlərlə xəstəxanalara yerləşdiriliblər./APA/