Ruhi Əliyeva övladları Məhəmməd və Həsənin adına YENİ ŞİRKƏT AÇDI - FOTOLAR - VİDEO

Ruhi Əliyeva övladları Məhəmməd və Həsənin adına YENİ ŞİRKƏT AÇDI - FOTOLAR - VİDEO
SOSİAL / MARAQLI / Video

01 iyun 2020, 11:00

Mətn ölçüsü

Azərbaycanın tanınmış işgüzar xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yeni şirkətinin fəalliyətə başladığını bəyan edib. İş xanımı bu günə özəl olaraq övladları - Məhəmməd və Həsənə bu sürprizi etmək qərarını verib. 

News24.az xəbər verir ki, R.Əliyevanın övladları Məhəmməd və Həsənin adı ilə bağlı olan şirkət "MRH" adlanır. 

İş xanımı bildirib ki, MRH Milli Reklam Agentliyi kimi fəaliyyət göstərəcək: “Əslində bu “Liatris Holding”in növbəti uğurudur. Bu gün biz reklam agentliyinin fəaliyyətinə start verdik. İnşallah uğurlu olar və gözəl işlərə imza atarıq. Bu şirkətimə oğullarım Məhəmməd və Həsənin adını vermək çox sevincli və qürurludur. Onların adı olan yerdə yalnız uğur ola bilər".   

Əlavə olaraq onu da bildirək ki, MRH Reklam Agentliyi həm şirkətlər, eyni zamanda müxtəlif sahələrin şəxsləri ilə əməkdaşlıq edəcək.

Xatırladaq ki, Ruhi Əliyeva 2 il bundan əvvəl məhz bu gün - iyunun 1-i tarixində "Liatris Holding"in açılışını edib. Bu gün şirkətin 2 yaşı tamam olur və bu tarix "MRH" Reklam Agentliyinin fəaliyyətə başlamasına təsadüf edir.

YouTube