Prezidentdən Sumqayıtla bağlı 6 milyonluq SƏRƏNCAM

Prezidentdən Sumqayıtla bağlı 6 milyonluq SƏRƏNCAM
SOSİAL

02 iyun 2020, 12:03

Mətn ölçüsü

Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncama əsasən, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6,0 (altı) milyon manat ayrılıb.