Kolleclərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI
    • 2-06-2020, 12:26
    • 494

Kolleclərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən News24.az-a  verilən məlumata görə, bugün saat 12:00-dək sənəd verən şagirdlərin sayı 52660 nəfərdir. Onlardan 50004 nəfəri Azərbaycan, 2656 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Qeyd edək ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu mayın 12-də başlayıb. Elektron ərizə qəbulu iyunun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.