Nazirlikdən kütləvi ixtisarlarla bağlı AÇIQLAMA

Nazirlikdən kütləvi ixtisarlarla bağlı AÇIQLAMA
SOSİAL

02 iyun 2020, 13:50

Mətn ölçüsü

Son günlər bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun kitabxana sistemində çalışan işçilərin ixtisar ediləcəyi barədə məlumatlar yayılıb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a bildirilib ki, bu məlumat həqiqəti əks etdirmir.

"Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəsmi məlumatına əsasən, Ağcabədi rayonunda fəaliyyət göstərən kitabxanalarda əməkdaşların ixtisar edilməsi nəzərdə tutulmayıb", - nazirlikdən qeyd olunub.