Arif Məlikovun abidəsi ucaldıldı - FOTO
    • 2-06-2020, 14:30
    • 771

Arif Məlikovun abidəsi ucaldıldı - FOTO

Xalq artisti Arif Məlikovun məzarı üstündə abidəsi ucaldılıb. 

News24.az xəbər verir ki, bunu abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov məlumat verib. 

O bildirib ki, mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb:

“Sadəcə karantinə görə bir neçə nəfərlə məzarını ziyarət etdik, geniş açılış mərasimi keçirilmədi”. 

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib./APA/