Masallı rayon prokuroru işdən ÇIXARILDI
    • 2-06-2020, 16:03
    • 991

Masallı rayon prokuroru işdən ÇIXARILDI

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov News24.az-a bildirib ki, eyni zamanda həmin əmrlə A.Novruzov prokurorluq orqanlarında səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı” ilə təltif edilib.