"Ərzaq bazarlığınızı əvvəldən etməlisiniz" - Mağazalar bağlanacaq
    • 3-06-2020, 19:25
    • 758

"Ərzaq bazarlığınızı əvvəldən etməlisiniz" - Mağazalar bağlanacaq

“Həftə sonu məhdudlaşdırılma olduğu üçün həmin günlər üçün - 2 gün müddətində lazımi ərzaq almağı məsləhət görülür. Amma bu sizi qorxuya salmasın, ajiotaja düşməyə əsas yoxdur. Məsləhətimiz iki günlük ərzağınızı cümə gününə qədər almaqdır". 

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, müraciətlərində cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Abşeron rayonu və Lənkəran şəhərində küçəyə çıxmağın qadağan olunmasını təklif etmişik: “Eləcə də bu günlərdə yalnız həyati vacib müəssisələr işləyəcək. Bu narıncı zonada bu həftə sonu, bəlkə də irəlidəki bir, iki ay həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklif Operativ Qərargah tərəfindən qəbul olunub, detallar müəyynələşdirilir Biz eyni zamanda dövlət qurumlarına müraciət edəcəyik ki, iş saatları azaldılsın. Həftə sonları yalnız həyati vacib işlər üçün sms icazə vasitəsi ilə mümkün olacaq. Həftə sonları nə şəxsi avtomobillərə, nə də içtimai nəqliyyatların fəaliyyətinə icazə verilməyəcək”.