Sərhədlərin bağlı qalması QƏRARI QÜVVƏDƏDİR

Sərhədlərin bağlı qalması QƏRARI QÜVVƏDƏDİR
SOSİAL

03 iyun 2020, 20:06

Mətn ölçüsü

“İyunun 15-nə qədər sərhədlərin bağlı qalması, uçuşların dayandırılması barədə qərarımız qüvvədədir. Bunun detalları sabah açıqlanacaq qərarda bilinəcək”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ. Məmmədov qeyd edib ki, məhdudlaşdırma şənbə və bazar günləri üçün ola bilər: “Epidemioloji vəziyyətə əsasən Operativ Qərargah qərar qəbul edir. Bugünkü şərtlərdən çıxış etsək, sərhədlərin açılmasının və aviareyslərin bərpası ilə bağlı qərarın qəbulu aktual görünmür. Amma növbəti həftə vəziyyət necə olacaqsa, buna da uyğun qərar veriləcək”.