Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü keçib - 78 NƏFƏR ÖLÜB

Azərbaycanda koronavirusa yoluxanların sayı 6500-ü  keçib - 78 NƏFƏR ÖLÜB
SOSİAL

04 iyun 2020, 17:08

Mətn ölçüsü

Hazırkı dövrədək ölkəmizdə 6522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3737 nəfər müalicə olunaraq sağalıb, 78 nəfər vəfat edib, 2707 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, həmin şəxslərdən 64 nəfərin vəziyyəti ağır, 75 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 322.574 test aparılıb.