"Qadağa bütün market və mağazalara, eləcə də apteklərə şamil olunur" - Ramin Bayramlı
    • 4-06-2020, 17:43
    • 627

"Qadağa bütün market və mağazalara, eləcə də apteklərə şamil olunur" - Ramin Bayramlı

"İki gün ərzində bütün market və mağazalar bağlı olacaq". 

News24.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. 

Onun sözlərinə görə, qoyulan qadağa bütün market və mağazalara şamil olunur.

R. Bayramlı deyib ki, dərmana ehtiyac olarsa, təcili yardım xidmətləri təmin edəcək: “Fəaliyyətinə icazə verilən qurumların əməkdaşları öz avtomobilləri, həmin qurumların xidməti maşınları ilə işə gətirilə bilər. İmkanı olmayan qurumlar isə Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər. İşə icazə verilən qurumların əməkdaşları isə icaze.gov.az-dan qeydiyyatdan keçməlidirlər”.