"Televiziya işçilərinin ailə üzvləri ilə çıxmasına icazə yoxdur"

"Televiziya işçilərinin ailə üzvləri ilə çıxmasına icazə yoxdur"
SOSİAL

04 iyun 2020, 17:53

Mətn ölçüsü

TƏBİB-in İdarə Heyətinin İdarə Heyətinin sədri Ramin Bayramlı şəxsi maşını olmayan TV işçiləri ilə bağlı məsələyə münasibət bildirib. 

News24.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində o qeyd edib ki, bunun üçün TV lər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidirlər:"Digərləri isə icaze.e.gov.az saytında qeysiyuatdan keçməlidirlər".

TƏBİB rəsmisi qeyd edib ki, bu icazədən televiziya işçiləri sui-istifadə etməyə icazə verilməyəcək və hər kəs yoxlanılacaq: "Televiziya işçisinin yalnız özüünə evi tərk edib işə getməyə icazə veriləcək. Ailə üzvlərini özü ilə götürməyə icazə olmayacaq". 

Afaq Mirayiq