Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə MÜRACƏT ETDİ
    • 5-06-2020, 14:50
    • 672

Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə MÜRACƏT ETDİ

Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə müraciət edib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e.telebe.edu.az portalı fəaliyyət göstərir. 

Həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir. 

Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlayacaq.