Ankaradan Bakıya çarter reysi ilə 144 Azərbaycan vətəndaşı GƏTİRİLDİ - FOTOLAR
    • 5-06-2020, 18:14
    • 655

Ankaradan Bakıya çarter reysi ilə 144 Azərbaycan vətəndaşı GƏTİRİLDİ - FOTOLAR

İyunun 5-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

AZAL-dan News24.az-a verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında
Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.