Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti arasında videokonfrans KEÇİRİLDİ

Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin vitse-prezidenti arasında videokonfrans KEÇİRİLDİ
SOSİAL

16 iyun 2020, 14:00

Mətn ölçüsü

İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

News24.az
xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirli Ramin Quluzadə iştirak ediblər.