Koronavirus xəstələri evdə MÜALİCƏ OLUNACAQLAR

Koronavirus xəstələri evdə MÜALİCƏ OLUNACAQLAR
SOSİAL

18 iyun 2020, 19:15

Mətn ölçüsü

Koronavirus xəstələri evdə müalicə olunacaqlar.

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın (OQ) brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, evdə müalicə olunanlar mobil tətbiq vasitəsilə müalicə olunacaq. Evdə olan vətəndaşlar 14 gün ərzində müşahidə olunacaqlar. 12 saatdan bir tibb işçiləri xəstələrə müəyyən alqoritm göndərəcək, ehtiyac yarandığı zaman xəstəxanaya aparılacaq".

R.Bayramlı onu da deyib ki, yaxın vaxtlarda mobil tətbiqin detalları barədə açıqlama veriləcək. 

Afaq Mirayiq