44 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə - CƏLB EDİLDİ

44 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə - CƏLB EDİLDİ Sosial
Son 30 gün ərzində Azərbaycanda inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.

Bu barədə News24.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. 

Qeyd olunub ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.