Bazar günündən sonra karantin rejimi daha da sərtləşdirilə bilər - AÇIQLAMA

Bazar günündən sonra karantin rejimi daha da sərtləşdirilə bilər - AÇIQLAMA
SOSİAL

24 iyun 2020, 12:22

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi, iyunun 23-də 508 nəfər koronavirusa yoluxub, 6 nəfər isə vəfat edib. 

Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların yaşayış yerlərini tərk etməmələri qadağan edilərək sərt karantin rejimi tətbiq edilib. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu.Əgər bu həftə ərzində statistika artma dinamikası ilə davam edərsə bazar günündən iyulun 5-nə kimi ölkə ərazisində fövqəladə vəziyyət elan edilə bilərmi?
 
Deputat Cavid Osmanov bildirib ki, 2 həftəlik sərt karantin rejimi tədbiq olunub: "Sərt karantin rejimi yoluxma çox olan rayon və şəhərlərdə elan edilib. Son günlərin statistikası ürəkaçan deyil. Dünən hətta nəticə anti-rekord oldu. 508 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü. Yenə də sərt karantin rejimini hələ də riyaət etməyənlər, topaq yollarla bölgələrə üz tutanlar var. Bundan əlavə icazələrdən sui-istifadə hallar da var. Qaydaları pozan şəxslər anlamırlar ki, onlar bu yolla tək özlərini deyil, digər insanların da həyatını təhlükəyə atırlar. Çox təəssüf ki, vətəndaşlarımızın arasında bu virusa inanmayan, oyun hesab edənlər hələ də var. Onların ucbatından uzun müddətdir ki, mövcud vəziyyətdən əziyyət çəkən insanlarımız var. Bundan əlavə həmin insanlar məsuliyyətsiz olaraq polis və həkimlərimizin uzun müddətlik əməyinin üstündən xətt çəkmiş olurlar. Təbii ki, fövqəladə vəziyyət bir çox ölkələrdə tədbiq edilib. Elə inkişaf etmiş ölkələr var ki, yumşalmalardan sonra ikinci dəfə fövqəlada vəziyyət elan etməli olub. Sosial məsuliyyətin dərk etməyən vətəndaşlardan xahiş edirik ki, elə etməsinlər ki, karantin rejim daha da sərtləşsin. Fövqəlada vəziyyət elan edilməsinə gətirib çıxarmasınlar. Səhiyyənin aciz qaldığı İtalya və İspaniyaya baxsınlar. Orada artıq xəstəxanalarda yer olmadığına göə insanlar küçələrdə qalırdı. Vətəndaşlarımız məsuliyyətsiz addımları ilə həmin vəziyyəti Azərbaycanda da təkrarlada bilərlər. Düşünürəm ki, əgər yoluxma çoğalarsa karantin rejim daha da sərtləşə bilər". /Sonxəbər/