“Polislərin humanist davranışından sui-istifadə edilir”- Ehsan Zahidov

“Polislərin humanist davranışından sui-istifadə edilir”- Ehsan Zahidov
SOSİAL

24 iyun 2020, 12:35

Mətn ölçüsü

“Hər bir vətəndaşın yanında bir polis ola bilməz ki. Polis nəzarətindən əlavə gərək ictimai nəzarət də ola”.

News24.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ictimai nəqliyyatda sərnişinlərin maskadan istifadə etməməsinə münasibət bildirərkən deyib.  

O bildirib ki, insanlar özü də bu məsələdə polisə dəstək olmalıdırlar: 
“Görürsən ki, sən oturduğun avtobusda maskasız adam var, onu qınamaq lazımdır. Polis də bu xalqın övladıdır. Bəzən görürlər yaşlı qadındır, kişidir humanist davranırlar. Amma bəzən insanlar bu münasibətdən sui-istifadə edirlər. Amma başa düşmürlər ki, polis də sənin üçün deyir də. Maska taxın ki, ailəniz xəstələnməsin”. 

E.Zahidov dəfnlə bağlı müraciət edən vətəndaşların hüzr yerinə polis müşaiyəti ilə aparılmadığını qeyd edib:  
“Vətəndaş “102 xidməti”nə müraciət edir, onun icazə.gov.az portalında  adı, soyadı, maşının nömrəsi yerləşdirilir. Postlarda əməkdaşlarımız yoxlayırlar ki, həmin şəxsin adı qeydiyyatdadır, yoxsa yox”.

Afaq Mirayiq