Şənbə və bazar günləri küçəyə çıxmağa qadağa qoyulur? - AÇIQLAMA

Şənbə və bazar günləri küçəyə çıxmağa qadağa qoyulur? - AÇIQLAMA
SOSİAL

26 iyun 2020, 18:59

Mətn ölçüsü

Xəbər verdiyimiz kimi iyunun 25-də 547nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan olmuşdu. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Bu həftə də şənbə-bazar günləri insanların çölə çıxamasına qadağa qoyulacaq?
 
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hazırda ölkə ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilir: "Karantin rejiminin sərtləşdirilməsində məqsəd yoluxmanın artmasının qarşısını almaqdır. 2 həftə şənbə-bazar günləri və bayram günü insanların çölə çıxmasına qadağa qoyulmuşdu. Bu həftə də insanların çölə çıxmasına qadağa qoyulması ilə bağlı məndə heç bir məlumat yoxudur. Əgər elə bir şey olsaydı, Opertiv Qərargah tərəfindən məlumat verilərdi".