Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döydü, QARƏT ETDİ

Bakıda kişi keçmiş həyat yoldaşını küçədə döydü, QARƏT ETDİ
SOSİAL

30 iyun 2020, 10:40

Mətn ölçüsü

Bakıda kişi keçmiş həyat yoldaşına qarşı soyğunçuluq edib.

News24.az-ın məlumatına görə, hadisə iyunun 27-də paytaxtın Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini olan qadın Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək keçmiş kürəkəni, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Asif Abbasov qızını küçədə döyərək içərisində 200 manat olan pul kisəsini taladığını bildirib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb. A. Abbasov 3-cü Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.