22 yaşlı Təbəssümün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

22 yaşlı Təbəssümün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
SOSİAL

30 iyun 2020, 12:32

Mətn ölçüsü

Xəstə 22 may tarixində şiddətli ağrı və qanaxma, çəki itirmə şikayəti ilə xəstəxanaya gəldi. May ayında müxtəlif xəstəxanalara müraciət edib, qarın boşluğu, ağciyərdə müxtəlif damar genişlənməsi müşahidə olunub.

News24.az xəbər verir ki, bunu “Bona Dea” Beynəlxalq Hospitalın tibbi onkoloqu Altay Əliyev Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı məsələ ətrafında keçirilən mətbuat konfransında deyib:

"Biz xəstəyə müvafiq prosedurları izah etdik, biopsi etdik. Xəstənin vəziyyəti ağır idi. Onkologiyada təcili xilas etmə dediyimiz müalicə ilə xilas etmək faizi çox aşağıdır. Bu müddətdə xəstə yaxınlarına müvafiq bilgilər verildi. Avropa xəstəxanaları ilə görüşlər aparıldı və ortaq nəticə ilə kimoterapiya tətbiq olundu. Lakin xəstədə qanaxma davam etdi".

O qeyd edib ki, müalicə zamanı qanaxmalar davam etdi, lakin müəyyən müsbət nəticələr də əldə olundu: "Buna baxmayaraq 22 gün sonra xəstəni itirdik. Belə xəstələrin xilas olma ehtimalı 29 faiz olsa da, xəstə yaxınları üçün böyük rəqəmdir. Tibb elmində xəstə üçün əlindən gələni etməlisən. Ailənin bu cür dərdinin cəmiyyətə fərqli şəkildə çatdırılması həkimlərin xəstə seçməsinə şərait yaradacaq. Həkimlər bundan sonra olunan ittihamlardan çəkinərək xəstənin sonuna səbəb olacaqdır".