Ev şəraitində müalicə olunanlar üçün xüsusi paketlər hazırlanır

Ev şəraitində müalicə olunanlar üçün xüsusi paketlər hazırlanır
SOSİAL

30 iyun 2020, 18:23

Mətn ölçüsü

“Xüsusi karantin rejiminin tətbiqi ilə bərabər ev şəraitində müalicə olunanlarla bağlı xüsusi paketlərin hazırlanması nəzərdən keçirilir”.

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hər bir şəxs dövlətin qarşıya qoyduğu vəzifə və tapşırıqlara riayət etməlidir.