Koronaviruslu xəstələrin şadlıq saraylarında yerləşdirilməsinə AYDINLIQ GƏTİRİLDİ

Koronaviruslu xəstələrin şadlıq saraylarında yerləşdirilməsinə AYDINLIQ GƏTİRİLDİ
SOSİAL

30 iyun 2020, 18:52

Mətn ölçüsü

"Karantin rejimi effekt vermir fikri ilə razılaşmıram. Sərt karantin rejimi nəticəsində yoluxma sayı hazırda stabildir".

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva koronaviruslu xəstələrin şadlıq saraylarında yerləşdirilməsi ilə bağlı yayılan məlumata cavab olaraq bildirib. O xəstələrin şadlıq saraylarına yerləşdirilmədiyini deyib: "Heç bir halda tibb müəssisəsindən kənarda xəstə yerləşdirilməyib".

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, sərt karantin dövrünün nəticələri yaxın gələcəkdə öz müsbət nəticəsini göstərəcək: "Əminəm ki, bu məsələdə vətəndaşlarla dövlətimiz həmrəylik nümayiş etdirəcəklər".

Afaq Mirayiq