SMS-icazəyə limit qoyulması müzakirə olunacaq

SMS-icazəyə limit qoyulması müzakirə olunacaq
SOSİAL

30 iyun 2020, 19:23

Mətn ölçüsü

"SMS-icazəyə limit qoyulması ilə bağlı qərar tibbi qərargahda deyil, operativ qərargahda qəbul olunmuş qərardır və yəqin ki, bunun müzakirəsi olacaq”.

News24.az əbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bu gün keçirilən brifinqdə deyib: “Xüsusi karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır. Bizim məqsədimiz xəstəliyin yoluxma zəncirinin qırılmasıdır. Ona görə bu tədbirlər görülür”.