Testin nəticələri niyə gecikir?

Testin nəticələri niyə gecikir?
SOSİAL

30 iyun 2020, 19:31

Mətn ölçüsü

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva koronavirusla bağlı testlərin nəticələrinin gecikməsi məsələsinə aydınlıq gətirib.

News24.az
xəbər verir ki, Y.Qarayeva bunun yoluxma sayının artması ilə əlaqəli olduğunu bildirib: “Bugünkü gündə əsasən klinik simptomları olan, pozitiv şəxslərin təmaslıları və xaricdən gələn vətəndaşlarımızı test edirik. Bu işə ilk başlayanda test imkanlarımız aşağı idi. Ancaq bu gün 23 laboratoriya bu xəstəliyin testlərini aparır. Dövlətin dəstəyi ilə laborator imkanların artırılması gözlənilir. Qarşıdakı günlərdə ölkəyə bu laborator testlərin aparılması üçün yeni avadanlıqların gətirilməsini və imkanlarımızın daha da genişlənməsini gözləyirik. Burada testlərin cavablarının gecikməsi yox, yoluxmalarımızın sayının artması, hər bir yoluxan vətəndaşın təmaslılarının da sayının artması ilə əlaqəli olaraq test sayımızın artması müşahidə olunur”.