"Azərbaycan səhiyyəsinə inamsızlıqla bağlı deyilənlərlə razı deyiləm" - TƏBİB SƏDRİ

"Azərbaycan səhiyyəsinə inamsızlıqla bağlı deyilənlərlə razı deyiləm" - TƏBİB SƏDRİ
SOSİAL

03 iyul 2020, 19:03

Mətn ölçüsü

"Səhiyyəyə inamsızlıqla bağlı deyilən sözlərlə razı deyiləm. Bu gün xəstəxanalarda xəstələrə peşəkar xidmət göstərilir. Dövlət səhiyyəin inkişafına kifayət qədər diqqət ayırır. Ölkədə yetərli sayda da peşəkar tibbi kadrlar var”.

News24.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində vətəndaşların ölkənin səhiyyə sisteminə inanmamasına münasibət bildirərkən deyib.

O qeyd edib ki,bu müddətdə usanmadan peşələrinə xidmət edən fədakar həkimlərə təşəkkür etmək lazımdır: “Harada qüsur varsa, onu dediyinizə görə də minnətdarlığımızı bildiririk”.

Afaq Mirayiq