AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək - QİYMƏT AÇIQLANDI

AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək - QİYMƏT AÇIQLANDI
SOSİAL

09 iyul 2020, 11:34

Mətn ölçüsü

İyulun 17-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirəcək.

News24.az xəbər verir ki, uçuşlar avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcək.

Həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək.

Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq.

Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Biletlərin qiyməti ekonom sinif üçün 603.68 manat, biznesklass üçün isə 1372.18 manat təşkil edir.