Bu qan qrupundan olanlar COVİD 19-a tez yoluxur- PROFESSORDAN AÇIQLAMA

Bu qan qrupundan olanlar COVİD 19-a tez yoluxur- PROFESSORDAN AÇIQLAMA
SOSİAL

10 iyul 2020, 10:09

Mətn ölçüsü

II qan qrupu kateqoriyasına daxil insanların koronavirusa yoluxma riski daha yüksəkdir. I qan qrupuna məxsus insanlarda isə risk daha azdır.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumunun və Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri Şöbəsinin üzvü Ateş Kara şəxsi tvitter hesabında bildirib.

O qeyd edib ki, I qan qrupu kateqoriyasına aid insanların müdafiə qüvvəsi digərlərinə nisbətən daha çoxdur.

Professor vurğulayıb ki, koronavirusdan qorunmaq üçün əsas şərtlər sosial məsafə, maska və gigiyenadır.