"Ömrümüzün sonuna qədər karantin rejimində yaşaya bilmərik" - YAQUT QARAYEVA

"Ömrümüzün sonuna qədər karantin rejimində yaşaya bilmərik" - YAQUT QARAYEVA
SOSİAL

10 iyul 2020, 18:03

Mətn ölçüsü

"Ömrümüzün sonuna qədər karantin rejimi ilə yaşaya bilmərik, bu aydın məsələdir. Biz karantin rejimini yoluxmaların sayının artmasına görə sərtləşdirmədik". 

News24.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, sərtləşdirmə sağalma sayının yoluxma sayından nisbətini üstələməsi olur, eyni zamanda xəstəxanalarda çarpayıların çatışmazlığına görə bu addımı atdıq". 

Y.Qarayeva onu da əlavə edib ki, ölkəmizdə bütün sürücülər, hətta rayonlara belə getdikdə testdən keçirilirlər.