"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib" -VAQİF DƏRGAHLI

"Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib" -VAQİF DƏRGAHLI
SOSİAL

13 iyul 2020, 13:12

Mətn ölçüsü

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: “Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir". /APA/