Neft Daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb - FAKTİKİ HAVA

Neft Daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb - FAKTİKİ HAVA
SOSİAL

16 iyul 2020, 12:52

Mətn ölçüsü

Milli Hidrometeorologiya Xidmətinin  iyulun 16-sı səhərədək  olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir  yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Bu barədə News24.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağışın miqdarı Oğuzda 61 mm (aylıq normanın 91 faizi), Mərəzədə 53 mm (aylıq normanın 325 faizi), İvanovkada (İsmayıllı) 28 mm (aylıq normanın 37 faizi), Şamaxıda 23 mm (aylıq normanın 99 faizi), Dəmiraparançayda (Qəbələ) 21 mm, Daşkəsəndə 19  mm (aylıq normanın 32 faizi), Qəbələdə 14 mm, Qrızda 10 mm (aylıq normanın 18 faizi), Cəfərxanda 8 mm (aylıq normanın 178 faizi),  Balakəndə 8 mm, Qazıməmməddə 7 mm (aylıq normanın 119 faizi),  Ağdərədə (Ordubad) 7 mm, Sabirabadda 6 mm, Sədərəkdə 4 mm, İsmayıllıda 3 mm, Şahbuz, Zaqatala, Tərtər, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağ, Altıağac, Xınalıq, Şəkidə 2 mm, Kürdəmir, Xaltan, Neftçala, Bakı, Zabrat, Çilov adasında 0.5 mm olub.